AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb

  • + A
  • - A
  • 21-06-2024, 00:44

    Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb


    Azərbaycan Sosial İş İctimai Birliyi Beynəlxalq Sosial İşçilər Federasiyasının sosial işin yeni ekososial sahəsinin inkişafına dair Rotterdamda keçirdiyi beynəlxalq konfransda iştirak edib.

    AZƏRTAC xəbər verir ki, sosial işin nisbətən yeni forması olan ekososial iş sosial və ekoloji problemlər arasında olan daxili əlaqəni araşdırır. Avropada və bütün dünyada sosial işçilər iqlim dəyişikliyinin sosial nəticələri ilə üzləşirlər. Ekososial iş adətən ənənəvi sosial iş prinsipləri və onun ətraf mühitə insan yanaşması ilə əlaqələndirilir. Yoxsulluq, sosial təminat, icma quruculuq sahəsindəki təcrübələrinə görə sosial işçilər iqlim böhranının təsirlərini araşdırır və ənənəvi sosial iş anlayışını təkmilləşdirməyə çalışırlar. Ekososial iş cəmiyyəti insanlarla təbii mühit arasında bir əlaqə olaraq görür, bütün canlı aləmdəki varlıqların dəyərini qoruyaraq sosial və iqtisadi bərabərlik prinsiplərini təşviq edir.
    İki gün davam etmiş beynəlxalq ekososial iş konfransda ekososial işə yeni paradiqma kimi yanaşılıb, sosial işin ekoloji problemlərə və ekoloji ədalətə olan töhfəsi ilə bağlı müzakirələr aparılıb. Beynəlxalq konfransda ölkəmizi Azərbaycan Sosial İş İctimai Birliyinin sədr müavini Tural Mirzəyev, məsləhət şurasının üzvü və “Birlikdə güclüyük” təşkilatının təsisçisi İlkanə Qoca, gənclərlə iş departamentinin rəhbəri Ləman Əliyeva və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Pakizə Məsimova təmsil ediblər.

    “Birlikdə güclüyük” təşkilatının təsisçisi İlkanə Qoca Azadmedia.az-a konfransla bağlı təəssüratlarını bölüşərkən bildirib ki, Qarabağ həqiqqətləri geniş şəkildə müzakirəyə səbəb olub. Belə ki, minalar və ətraf mühitə vurulmuş zərər nəticəsində yaranan ekoloji problem dünyada ekoloji və psixososial cəhətdən yeni problemlərin ortaya çıxmasına səbəb olur. Bu isə xüsusi yanaşma tələb edir. Bizdə olan mina problemləri az ölkələrdədir. Yaranan eko-sosial problemlər isə bir azdan Avropada olacaq
    Məqsədimuz hər bir nüansı - ekososial işin dəyərlərinə uyğun olaraq, Qarabağ ərazisinin florası və faunasına vurulan ziyana və oradakı çayların çirkləndirilməsinə dair məlumatları konfrans iştirakçılarının nəzərinə çatdırmaq olub. Konfransda, həmçinin Qarabağın minalanmış ərazilərinin ekologiyaya vurduğu ziyan və yaratdığı sosial və iqtisadi fəsadlar haqqında fikirlər səsləndirilib.

    Beynəlxalq ekososial iş konfransında iştirak Azərbaycanda yeni inkişaf etməkdə olan sosial işin, xüsusilə də ekososial işin inkişafında yeni əməkdaşlıqların qurulmasında zəmin rolu oynayacaq.

    Qeyd edək ki, Azərbaycanda sosial işin inkişafı və Qarabağda postkonflikt dövründə istifadə edilə biləcək sosial iş sahələri IFSW Avropa üzvlərinin diqqətini cəlb edib və müəyyən konstruktiv müzakirələr aparılıb.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR