AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qatarlarda ictimai Wi-Fi istifadəyə veriləcək

  • + A
  • - A
  • 21-06-2024, 11:36

    Qatarlarda ictimai Wi-Fi istifadəyə veriləcək

    ADY COP29 tədbirləri zamanı üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır. COP 29 tədbirləri zamanı qonaqlar “Stadler” qatarlarından istifadə edilməklə daşınacaq. Azadmedia.az xəbər verir ki, bu sözləri ADY-nin Sərnişin daşımaları departamentinin rəhbəri Azər Fərəcov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
    A.Fərəcov qeyd edib ki, ADY COP29 zamanı sərnişinlərin mənzil başına təhlükəsiz və sürətli çatdırılması üçün son hazırlıq işləri görür.
    Qatarların qrafikində dəyişiklik olacaqmı? - sualına ADY rəsmisi cavab olaraq bildirib ki, ilkin olaraq qərara almışıq ki, yaşıl zolaq yaradılsın: "Hər gün sürət qatarları ilə 30 min sərnişin daşınması həyata keçiririk, əgər qrafik dəyişsə, sərnişinlər yollara üz tutar, xaos yaşanar".
    A.Fərəcovun sözlərinə görə ADY COP29-a ciddi hazırlaşır. Oktyabrın əvvəlinə qədər keçid turnikləri artırılacaq. Bütün əməkdaşlar xarici dil biliyi ilə bağlı təlimlərə cəlb edilir. Tezliklə qatarlarda ictimai Wi-Fi istifadəyə veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR