AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Məişət Zorakılığı Əleyhinə Təşəbbüslər" layihənin təqdimatı keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 21-06-2024, 13:34

    "Məişət Zorakılığı Əleyhinə Təşəbbüslər" layihənin təqdimatı keçirilib - FOTOLAR


    Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məişət Zorakılığı Əleyhinə Təşəbbüslər" layihəsinin təqdimatını keçirib.


    QHT.az xəbər verir ki, bu barədə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayevaya məlumat verib. Onun sözlərinə görə, layihə barədə geniş məlumat Sumqayıt şəhərində yerləşən müxtəlif məkanlarda, Heydər Əliyev Mərkəzində, Gənclər Evində, Yazıçılar Evində, Mərkəzi Kitabxanada, Sumqayıt Tarix Muzeyində, məktəblərdə və təşkilatın ofisində baş tutub: "Məqsədimiz layihə barədə, təşkilatın missiyası haqqında daha geniş əhali kütləsini məlumatlandırmaqdır. Təşkilatın hüquqşünası və psixoloqu layihə barədə, ödənişsiz xidmətlər haqqında, məişət zorakılığı və onun fəsadları, hara müraciət etmələri haqqında əhalini maarifləndiriblər. Sonda ofisin ünvanı, qaynar xətt nömrələri və öz mobil telefon nömrələri olan kartlar paylanılıb".








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR