AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT müharibə iştirakçılarına təlimlər keçirib və hüquqi yardım xidməti göstərib - FOTOLAR

  • + A
  • - A
  • 23-06-2024, 14:36

    QHT müharibə iştirakçılarına təlimlər keçirib və hüquqi yardım xidməti göstərib - FOTOLAR


    “Demokratiyanı Öyrənmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qarabağ müharibəsi iştirakçılarının hüquqi müdafiəsinin yaxşılaşdırılması” layihəsi çərçivəsində Biləsuvar və Ağsu rayonlarında müharibə iştirakçılarının hüquqi məlumatlılığının artmasına xidmət edən təlimlər keçirib və hüquqi yardım xidməti göstərib.

    İştirakçılar müharibə iştirakçıları kimi müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hüquqları və imtiyazları barədə məlumatlandırılmış, müvafiq qanunlardan çıxarışlar və predmet üzrə digər zəruri materiallarla təmin edilmişlər. Hüquqi yardım xidmətinə ehtiyacı olan şəxslərin qəbulu keçirilmiş, onlara məsləhətlər verilmiş, işlərlə daha yaxından tanış olmaq və hüquqi yardım xidmətinin davam etdirilməsi üçün zəruri olan məlumatlar və sənədlər götürülmüşdür.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR