AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Abşeron rayonunda 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilib

  • + A
  • - A
  • 26-06-2024, 15:44

    Abşeron rayonunda 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilib

    26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günündə Abşeron rayonunda yerləşən Şəhidlər Xiyabanları, şəhidlərimizin məzarları və Xatirə Kompleksləri ziyarət olunub. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə birgə I Qarabağ və Vətən müharibələri şəhidlərinin, o cümlədən müxtəlif vaxtlarda düşmənin hərbi təxribatlarının qarşısını alarkən qəhrəmanlıq göstərmiş şəhidlərimizin məzarlarını ziyarət edib, əziz xatirələrini hörmətlə yad ediblər.

    Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun döyüş meydanında qazandığı şanlı qələbədən sonra işğaldan azad edilən şəhərlərimizin, kənd və qəsəbələrimizin sürətlə bərpa edildiyini, məcburi köçkünlərin öz yurdlarına böyük iftixarla qayıtdığını vurğulayan Abdin Fərzəliyev bildirib ki, Azərbaycan ordusunun qüdrətli gücü sayəsində xalqımız bundan sonra da tam təhlükəsiz yaşayacaqdır.

    Abşeron rayonunun “Şəfəq” qəsəbəsində şəhid ailələrinin, müharibə iştirakçılarının və rayon ictimaiyyətinin iştirakı ilə 26 İyun Silahlı Qüvvələr Günü qeyd edilib. Tədbirdə əvvəlcə Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Abşeron RİH başçısının müavini Gülnar Rəhimova, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, Vətən Müharibəsi qazisi Vidadi Əliyev çıxış edərək bildiriblər ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ordu quruculuğu daima dövlətin prioritet məsələlərindən biri olub. Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin iradəsi, uzaqgörənliyi və güclü ordumuzun şücaəti, şəhidlərimizin qəhrəmanlığı nəticəsində 44 günlük Vətən Müharibəsində xalqımız düşmən üzərində şanlı qələbə qazandı.

    Daha sonra bədii hissə təqdim edilib.

    Görüşlərdə şəhid ailələri dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR