İyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb. DİN-in Mətbuat Xidmətindən mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, şübhəli şəxsi tərkisilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.