AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Mədəni irsimiz milli kimliyimizdir!” layihəsi yekunlaşıb - FOTOLAR

  • + A
  • - A
  • 1-07-2024, 17:26

    “Mədəni irsimiz milli kimliyimizdir!” layihəsi yekunlaşıb - FOTOLAR


    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Mədəni irsimiz milli kimliyimizdir!” Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği adlı layihə yekunlaşıb.

    QHT.az xəbər verir ki, layihə çərçivəsində mədəni irsimizin təbliği məqsədilə Quba rayonunda keçirilən intellektual turnirin final mərhələsində Quba rayonunun 12 müxtəlif kənd və qəsəbə zonalarında yaşayan və təhsil alan 60 nəfər yeniyetmə və gəncdən ibarət komanda iştirak edib.

    Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov yarışın keçirilməsində əsas məqsədin Azərbaycanın mədəni irsinin gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin olunmasıdır. Natiq çıxışında bildirib ki, final mərhələsinə qədər layihədən Quba rayonunun 6 müxtəlif kənd və qəsəbə zonasında ümumilikdə, 43 kənd və qəsəbədən olan 290 nəfər yeniyetmə və gənc bəhrələnib.

    Alekseyevka kəndinin “Bayraqdar”, Çartəpə kəndinin “Zəka”, Hacıqayıb kəndinin “Heredot”, Qəcərzeyid kəndinin “Qəcərzeyid”, Amsar kəndinin “Amsar”, Üçgün kəndinin “Odlar Yurdu”, İsnovqışlaq kəndinin “Zirvə”, Alpan kəndinin “Xankəndi”, Hacıhüseynli kəndinin “Turan”, Qımılqışlaq kəndinin “Qımılqışlaq”, Zərdabi qəsəbəsinin “İstiqlal” və Barlı qəsəbəsinin “Viktoriya” komandalarının iştirak etdiyi turnirdə qalib adını Alekseyevka kəndini təmsil edən “Bayraqdar” komandası qazanıb. Alpan kəndini təmsil edən “Xankəndi” komandası ikinci, Amsar kəndini təmsil edən “Amsar” biliciləri isə üçüncü yeri tutublar. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR