AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İnsan qanı içən vampir: “Mən Qraf Drakulanın sələfiyəm” — FOTOLAR

  • + A
  • - A
  • 3-10-2018, 09:30

    İnsan qanı içən vampir: “Mən Qraf Drakulanın sələfiyəm” — FOTOLAR















    Rumıniya sakini Andreas Batori vampirlərin təkcə əfsanədə yox, real həyatda da olduğunu bildirir.
    Andreas özünü əsl vampir hesab edir. O, bildirir ki, Drakula ləqəbli Vlad Tsepeşin varisidir. Andreas özünü Lord adlandırır və bir neçə yüz il əvvəl Drakulanın yaşadığı qəsrin yanında yaşayır. Bu qəsr turistlərin maraq obyektidir.

    “Dörd il əvvəl Vlad yuxuma girdi. O, qara paltarda idi və mənə oğlum deyə xitab etdi. Mən inanmıram ki, birbaşa onun sələfiyəm. Amma düşünürəm ki, Vlad məni seçib və onun ənənələrini davam etdirməyimi istəyir”, - deyə Andreas bildirir.

    Batori çox güman ki, uydurma soyaddır. Yəqin ki, orta əsrlərdə yaşamış macar qrafinya Batorinin şərəfinə götürülüb. Qrafinya gənc qızlara işgəncə verir, onları öldürür, qanlarını içir və qan vannası qəbul edirdi.

    Andreas o gecədən sonra Vladın öldürüldüyü yerdə qurban kəsib:
    “Bundan sonra yenə də yuxuma girdi və dedi ki, bundan sonra həyatım tamamilə dəyişəcək”.

    Andreasın sözlərinə əsasən, Ordo Drakulun baş şabaşı seçilib və bu orden 1476-cı ildə, Drakulanın ölümündən sonra yaranıb. Amma müasir vampirlər insanlara hücum etmirlər. Bu vampirlər “qara durnalar” qrupunun üzvləri olan fanatların verdikləri qanı içirlər. Qrupun isə kifayət qədər üzvü var:

    “Siz inana bilməzsiniz ki, nə qədər könüllü var. Onlar bizə qanlarını verirlər. Bununla yanaşı, tez-tez qan içməyin təhlükəli olduğunu eşidirik. Amma bu, küçəni keçməkdən təhlükəli deyil”.

    Batori tabutda uzanıb meditasiya etməyi çox xoşlayır. Amma neçə yaşı olduğunu və hansı işlə məşğul olduğunu gizlədir. Ehtimal edilir ki, o, paltar dizayneridir.İnsan qanı içən vampir: “Mən Qraf Drakulanın sələfiyəm” — FOTOLARİnsan qanı içən vampir: “Mən Qraf Drakulanın sələfiyəm” — FOTOLAR


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR