Yaponlar bunu da etdi: “Hamilə qalmaq üçün cinsi əlaqəyə ehtiyac olmayacaq”
Yapon alimləri yeni kəşfə imza atıblar.
Alimlər aparılan tədqiqatlar nəticəsində qan hüceyrələrindən yumurta hüceyrəsi əldə ediblər. Yaxın illərdə uşaq sahibi olmaq üçün cinsi əlaqəyə ehtiyac olmayacaq.
Tədqiqat zamanı insanın qan hüceyrələri orqanizmdəki hər növ hüceyrəyə çevrilmə potensialı olan kök hüceyrələrini hərəkətə keçirmək üçün istifadə edilib. Bu hüceyrələr siçandan əldə edilən embrion hüceyrələr də istifadə edilərək kiçik süni yumurtalıqların içinə vurulub. Bu üsulla əldə edilən yumurtalar döllənmək üçün uyğun deyildi. Bununla belə, bu kəşf yaşayan və ya ölən qohumların genetik hüceyrələrindən istifadə edərək övlad sahibi olma qapısını aralayıb. Eyni zamanda sonsuzluq problemi olanlar üçün də bir ümiddir.
Alimlərin növbəti hədəfi insanın sperma və yumurta hüceyrəsini döllənəbiləcək vəziyyətə gətirməkdir. Bu kəşf sayəsində laboratoriya şəraitində qohumların dəri toxuması və qan hüceyrələrindən körpə dünyaya gətirmək mümkün olacaq.