AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ruhanidən açıqlama: “Vəziyyət pisləşə bilər”

  • + A
  • - A
  • 15-10-2018, 10:12

    Ruhanidən açıqlama: “Vəziyyət pisləşə bilər”














    ABŞ İrana qarşı iqtisadi və psixoloji müharibə aparır.
    Axar.az xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani Tehran Universitetinin yeni akademik ilinin açılış mərasimində çıxışı zamanı deyib.

    “ABŞ-ın İranla bağlı hədəfi mövcud rejimin dəyişikliyidir. Bu hədəfə çatmaq üçün iqtisadi və psixoloji müharibə başlatdı. Növbəti hədəf rejimin qeyri-qanuniliyi ilə bağlı müzakirələri başlatmaq və fəaliyyətini funksiyasız hala gətirməkdir. Əvvəlki dövrlərdə biri düşmən olanda digəri ortaq yol axtarırdı. Hazırda ABŞ-ı idarə edənlər tarixdə bənzəri görülməyən bir formada İran düşmənçiliyi həyata keçirirlər. Yaxın gələcəkdə vəziyyət daha da pisləşə bilər. Uzaq gələcəkdə isə hər şey daha yaxşı olacaq”, – Ruhani bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR