8 Martda hər qadına 40 manat hədiyyə veriləcək
İşsiz qadınlar siyahıya daxil edilməyib
Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov maraqlı sərəncam imzalayıb. Sərəncama əsasən, 8 Mart – Beynəlxalq Qadınlar günündə ölkədə yaşayan hər bir qadına dövlət başçısının adından 40 manat hədiyyə olunacaq.
Pul hədiyyəsi martın 1-dən 5-nə qədər olan dövrdə rəsmən işlə təmin olunmuş, təhsil alan, yaxud müavinət və təqaüd alan qadınlara paylanacaq. İşsiz qadınlar siyahıya daxil edilməyib. Bundan əlavə, 8 və daha çox uşağı olan qadınlara "Ene Məhri” medalı təqdim olunacaq.
Qeyd edək ki, aztəminatlı ailələrə prezidentin adından yeni mənzillərin açarları təqdim ediləcək. Aztəminatlıların necə müəyyənləşdiriləcəyi və neçə mənzilin təqdim ediləcəyi açıqlanmayıb.
///İstiPress