ABŞ İranla apardığı bu savaşı uduzdu – Xamenei
İranın Ali Dini lideri Əli Xamenei ABŞ İranla apardığı 40 illik mübarizəni uduzduğunu bildirib.
Axar.az xəbər verir ki, Xamenei ABŞ-ın İran üzərində 1979-cu ildən bu yana hökmranlıq qurmağa cəhd etdiyini deyib.
“Amerikanın hədəfi 1979-cu ilə qədər olan dominantlığını bərpa etmək idi, amma onlar məğlub oldular. İslam Respublikası son 40 il ərzində Amerika üzərində qələbə qazanıb” – deyə o bildirib.