Jurnalistin ölümündə suçlanan şahzadə qadınlarla içki məclisində əyləndi – VİDEO, FOTOLAR
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Qaşıqçı cinayətində günahlandırıldığı bir vaxtda ölkə xaricində qatıldığı bir gecə əyləncəsindən görüntüləri yayılıb. Əyləncədən qadınlarla fotoları yayılan şahzadənin bu addımı sosial şəbəkədə geniş müzakirələrə yol açıb.
Musavat.com xəbər verir ki, şahzadə ölkəsinin Yaxın Şərqdəki ən yaxın müttəfiqi olan BƏƏ-yə gedib.
Məhəmməd bin Salman ən yaxın dostu, Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd Zayed əl Nahyan ilə görüşüb. Hava limanında görüşən şahzadələr səmimi görüntülərlə jurnalistlərin kamerası önünə keçiblər. Şahzadə Məhəmməd bin Salmanın BƏƏ-yə ziyarəti ölkədə sosial mediada “Bin Salman xoş gəldi” başlığı ilə geniş şəkildə yayılıb.
Bu görüşün göz önündə olan rəsmi tərəfi olub. Əsas qasırğa şahzadələrin gecə əyləncəsində yaşanıb. Şahzadələr və dəvət olunan qonaqlar lüks bir gəmidə təşkil edilən əyləncədə iştirak edib.
Təşkil edilən əyləncədə spirtli içkilərin içilməsi də geniş müzakirə edilib. Gecədə daha çox BƏƏ-nin şahzadəsi Məhəmməd Zayed əl Nahyannın sərxoş olduğu aşkar edilib.
Əyləncədən çəkilən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Bir neçə saat ərzində minlərlə insan tərəfindən izlənilən fotolar geniş müzakirəyə yol açıb.
Şahzadə Məhəmməd bin Salmanın BƏƏ-dən sonrakı səfəri Argentinadakı G20 sammiti olacaq.
Qeyd edək ki, G20 ölkələri liderlərinin sammiti noyabrın 30-dan dekabrın 1-dək Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq.