AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Rusiya hücum edir və hər kəsi fakt qarşısında qoyur”- Qərb mətbuatı

  • + A
  • - A
  • 29-11-2018, 11:05

    “Rusiya hücum edir və hər kəsi fakt qarşısında qoyur”- Qərb mətbuatı














    Ukrayna və Rusiya arasında münaqişənin dinamikası dünya ictimaiyyətinin diqqətini yenə də buraya yönəldib.

    “İki qardaş slavyan və bir-birinə sıx bağlı olan dövlətin savaşı Fransada bretonlarla normandların mühairbə etməsi qədər absurddur”,-deyə “Le Figaro” qəzetindən Reno Jirar yazır.

    Müəllifin fikrincə, hər iki tərəfdə baş alıb gedən millətşi eyforiya Minsk sazişlərinin həyata keçməsinə mane olmaqdadır.

    “Tarixi baxımdan Rusiya Ukraynaya həmişə “Qərb qəsbkarları” qarşısında bufer zona kimi baxıb. Ukraynalılar isə israrla NATO və Avropa Birliyinə doğru can atır. Donbasdakı münaqişə beynəlxalq münasibətləri parçalayan çibandır. Əslində isə hər kəsə sazişin hansı şərtlərlə əldə olunacağı məlumdur: Vaşinqton Ukraynanı NATO-ya buraxmır, Rusiya isə özünün köhnəlmiş “nüfuz sahəsi doktrinası”ndan əl çəkir”,-deyə Reno Jirar qeyd edir.

    “Moskvanı yerində orurtmaq üçün Ukraynaya Qərbin köməyi lazımdır. Lakin onun da imkanları olduqca məhduddur”,-deyə “Neue Zürcher Zeitung” qəzetindən İvo Miynsen yazır.

    Müəllif Ukraynanın Moskvanın hərbi gücü qarşısında edə biləcəyi bir şeyin olmadığını güman edir. Onun rəyinə əsasən Rusiya artıq bir müddətdir ki, Azov dənizini “özününküləşdirib”.

    “Hər halda Rusiyaya Qara dənizin qalan hüdudlarını göstərmək vacibdir. Moskva dənizin böyük hissəsinə hakim olmaq üçün Krımdan “təyyarədaşıyan gəmi” kimi istfiadə edəcək. Buna görə NATO Ukraynaya dənizdə patrul funksiyası rolunu oynamaqda yardım göstərməli, habelə zəruri silahlarla təmin etməlidir”,-deyə Miynsen yazıb.

    “Financial Times” qəzetinin redaksiya yazısında isə münaqişənin hazırda ölkələrində populyarlıqları olduqca düşən Vladimir Putin və Pyotr Poroşenkoya sərf etdiyi vurğulanıb.

    Qəzet son insidentin Tramp üçün sınağa çevrildiyini qeyd edib. Çünki Tramp bu vaxta qədər Krımın Obamanın günahı ucbatından getdiyini deyirdi. İndi isə Azov dənizi məhz onun dövründə Rusiyaya təslim oluna bilər.

    Musavat.com


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR