Yerevanın Baş katib DİLEMMASI – Paşinyan seçkiqabağı hiyləyə əl atdı
Dekabrın 6-da Kollektiv Təhlükəsizlik Müqaviuləsi Təşkilatına üzv ölkələrin prezidentləri yeni Baş katibi seçməli idilər.
Modern.az xəbər verir ki, gözlənilən sammit təxirə salınaraq Yeni İldən sonra keçiriləcək. Amma baş verənlərlər bununla yekunlaşmadı.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov sammitin Ermənistan tərəfinin xahişi ilə təxirə salındığını və bunun ölkədə seçkiqabağı situasiya ilə əlaqələndirildiyini söylədi. Bunun ardınca, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Arman Yeqoyan ölkə rəhbərliyinin bu cür xahişlə müraciət etmədiklərini diqqətə çatdırdı.
Yaranmış qarışıqlığa reaksiya verən Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova rəsmi Yerevanın açıqlamasının anlaşılmazlıq yaratdığını söylədi.
KTMT-ın Baş katibi funksuyasını müvəqqəti olaraq icra edən rusiyalı nümayəndə Valeri Semerikov sammitinin ləğvinin hərbi-siyasi blokun rəhbərləri tərəfindən verildiyini xatırlatdı.
MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Jarixin dövlət başçılarının sammitinin ləğvinin Ermənistana sərf etdiyini açıqlayıb. Onun fikrincə, Yerevan Yuri Xaçaturovun istefasından sonra bu postu öz əlində saxlamağa çalışır.
“Ermənistan Baş katib postunu əlində saxlamaq istəyirdi. Amm əksər üzvlər Belarusun namizədinin təyin olunmasını gözləyirlər”.
Jarixinin fikrincə, sammtini təxirə salınması Yerevanın maraqlarına cavab verir və təşkilat daxilində yekdil qərarın olmamasından xəbər verir. O həmçinin, Paşinyanın 9 dekabr parlament seçkiləri öncəsi hiyləyə əl atdığını da deyib.