İranlı qadınlar şallarını çıxarıb, Yeni il gecəsi şou göstərdi — FOTOLAR
İranlı turistlərin ən çox sevdiyi yerlərdən biri olan Türkiyənin Van şəhərindəki əyləncə mərkəzləri bu Yeni ildə də dolub-daşıb.
Gündüz şəhərin küçə və prospektlərində alış-veriş edərək satıcıların üzünü güldürən turistlər yeni il gecəsini səhərə qədər əylənərək və oynayaraq keçiriblər.
Böyük Urartu hotelinin əyləncə mərkəzində farsça mahnıların müşayiəti ilə əylənən turistlər Türkiyəni, xüsusilə də Vanı çox sevdiklərini bildirərək "Hər kəsin Yeni ilini təbrik edirik. Bu ilin sülh və qardaşlıq gətirməsini arzu edirik. Vanı çox sevirik. Çox yaxşı əyləndik" deyiblər.