ABŞ Prezidenti Donald Tramp İsraillə HƏMAS arasında atəşkəsin saxlanacağına və Qəzzada müharibənin bitdiyinə əmin olduğunu bildirib.
Bunu Amerika lideri İsrailə yola düşməzdən əvvəl jurnalistlərə mövzu ilə bağlı sualı cavablandırarkən deyib.
"Düşünürəm, bəli, düşünürəm ki, bu (müqavilə - red.) olacaq", - o bildirib.
Prezident əlavə edib ki, bu inamın bir çox səbəbləri var, o cümlədən insanların münaqişədən yorulması.
Amerika liderinin sözlərinə görə, o, gələcəkdə Qəzza zolağına səfər etmək istərdi.
"Mən bunu etmək istərdim. Ən azı ora ayaq basmaq istərdim", - Tramp deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.