AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kallas: Avropa fövqəladə hücum dalğası ilə üzləşib

  • + A
  • - A
  • Bu gün, 14:05

    Kallas: Avropa fövqəladə hücum dalğası ilə üzləşib


    Avropa diplomatiyasının başçısı Kaya Kallas hazırda qitənin fövqəladə hücum dalğası ilə üzləşdiyini bildirib.

    O, Kiyevdə keçirilən mətbuat konfransında deyib ki, bununla əlaqədar bu yaxınlarda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə birgə Avropanın müdafiəsi ilə bağlı yol xəritəsi təqdim edəcək.

    "Yol xəritəsində pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri kimi əsas sahələr üçün imkanlar, məqsədlər və mərhələlər müəyyən ediləcək", - o bildirib.

    Kallas qeyd edib ki, Rusiya dronu və ya təyyarəsi hər dəfə Aİ-nin hava məkanını pozduqda eskalasiya riski yaranır.

    O, Aİ-nin Rusiyaya qarşı müdafiəni gücləndirməli olduğunu vurğulayıb.

    "Bu, müharibəyə təhrik etmək üçün yox, əksinə, müharibənin qarşısını almaq üçün vacibdir", - o əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR