AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Yaxın Şərqdə davamlı sülhə ümidli olduğunu ifadə edib

  • + A
  • - A
  • Bu gün, 15:50

    Tramp Yaxın Şərqdə davamlı sülhə ümidli olduğunu ifadə edib


    ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə davamlı sülhün qurulması ümidini ifadə edib.

    Bunu o, İsrail parlamentində (Knesset) çıxışı zamanı bildirib.

    "Qaranlıqda və əsirlikdə iki əzablı il. Cəsur 20 girov ailələrinə qayıdır və bu gözəldir. Bu gün səmalar sakitdir, toplar susublar, sirenalar səssizləşib və sülhə qovuşmuş müqəddəs torpaq üzərində günəş doğur", - ABŞ Prezidenti deyib.

    D.Tramp HƏMAS və İsrail arasında sülh sazişinin "terror və ölüm dövrünün sonu, inam dövrünün başlanğıcı" olduğunu bəyan edib.

    Daha sonra ABŞ lideri girovların azad edilməsi məsələsində HƏMAS-a təzyiq göstərmək üçün birləşən ərəb və müsəlman dünyası ölkələrinə minnətdarlığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR