ABŞ Prezidenti Donald Trampın Knessetdəki (İsrail parlamenti) çıxışı zamanı təxribat törədilib.
Knesset üzvləri Ayman Odeh və Ofer Kassif Trampın çıxışı zamanı "soyqırımı" yazısı olan plakat qaldırdıqları üçün zaldan çıxarılıblar.
Ayman Odeh - fələstin-israil mənşəli deputat, Ofer Kassif isə kommunist "Hadaş" partiyasını təmsil edir, fraksiyada yeganə yəhudidir.
"Bu çox təsirli idi", - deyən Tramp nitqini davam etdirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.