MADAQASKAR PARLAMENTİ PREZİDENTİN İMPİÇMENTİNƏ SƏS VERİB
Madaqaskarda dövlət çevrilişi olub.
Elit hərbi birliklər prezident Andri Radzuelinanı rəhbərlikdə kənarlaşdırdıqlarını elan ediblər.
Ölkə parlamenti daha əvvəl onun impiçmentinə səs verib.
İmpiçmentin Ali Məhkəmə tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Radzuelinanın hazırda harada olduğu məlum deyil.
O “facebook” üzərindən paylaşdığı video-müraciətdə impiçmentin əsassız olduğunu bildirib.
General Maykl Randrianirina hakimiyyəti ələ aldıqlarını və asayişi qorumağa çalışdıqlarını deyib.
Randrianirina prezidentə zərər yetirmək niyyətində olmadıqlarını qeyd edib.
Radzuelina video-müraciətində bir qrup hərbi heyətin və siyasətçinin onu öldürməyə çalışdığını deyib.
Madaqaskarda dövlət çevrilişi hökumətə qarşı etiraz askiyalarının kəskinləşməsi və daha geniş vüsət almsından sonra baş verib.
Xatırladaq ki, aksiyalar 25 sentaybrda başlamışdı.
Etirazçılar tez-tez təkrarlanan su və enerji kəsintisinə qarşı qəzəblərini ifadə etmək üçün paytaxt Antanarivu küçələrinə axın ediblər.
Daha sonra işsizlik, korrpusiya və yaşayış xərclərinin yüksək olması etiraz şüarlarına əlavə olunub.