Fransa Prezidenti ilk dəfə ölkənin 50 sevimli siyasətçisi siyahısına düşməyib
Fransa Prezidenti Emmanuel Makron ölkənin "Ifop-Fiducial" barometrində "Fransızların əlli sevimli siyasi şəxsiyyəti" siyahısına düşməyən ilk fəaliyyətdəki prezidenti olub.
Bu barədə "Paris Match" nəşri məlumat yayıb.
Sorğunun nəticələrinə görə, 51-ci yerdə qərarlaşan Makron, demək olar ki, Fransua Bayru ilə eyni nəticələrə malikdir (21,5% və 21,9% müsbət rəy). Onun sələfləri Nikola Sarkozi və Fransua Olland öz prezidentlik müddətləri ərzində heç vaxt 43-cü yerdən aşağı düşməyiblər.
"Sorğuda iştirak edən fransızların 78%-i indi Emmanuel Makron haqqında mənfi fikirdədir", - "Ifop"un baş direktoru Frederik Dabi qeyd edib.