KİV: HƏMAS bu gün daha bir neçə girovun meyitini qaytara bilər
HƏMAS bu gün daha bir neçə girovun meyitini qaytara bilər.
Bu barədə "The Times of Israel" mənbələrə istinadən məlumat yayıb.
Qətərin "Al Arabia" telekanalı isə, öz növbəsində, qeyd edib ki, HƏMAS girovların meyitlərini bu gün gec saatlarda təhvil verəcək. İsrailin "Channel 12" kanalı isə İsrail rəsmisinə istinadən ölkənin daha bir neçə meyitin bu axşam qaytarılmasını gözlədiyini məlumat verib.
Daha əvvəl İsrail HƏMAS-ı bütün ölmüş girovların meyitlərini qaytarmaq öhdəliyini yerinə yetirməməkdə ittiham edərək atəşkəs razılaşmasının tələb etdiyi kimi Qəzza zolağı ilə Misir arasındakı "Rəfah" nəzarət-buraxılış məntəqəsini açmamaq qərarına gəlmişdi