Çilidə zəlzələ baş verib
Çilidə 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 105 min insanın yaşadığı Alto Hospikio şəhərindən 109 kilometr şimal-şərqdə, ocağı isə 111 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.