AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BRÜSSELDƏ NAZİRLƏR UKRAYNAYA HƏRBİ YARDIM MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDƏCƏKLƏR

  • + A
  • - A
  • Bu gün, 12:10

    BRÜSSELDƏ  NAZİRLƏR UKRAYNAYA HƏRBİ YARDIM MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDƏCƏKLƏR

    Belçikanın paytaxtı Brüsseldə NATO müdafiə nazirlərinin sammiti gözlənilir.

    Təşkilatın baş katibi Mark Rutte zirvə toplantısından əvvəl mediaya açıqlamasında konfransında müzakirə olunacaq əsas məsələlərdən birinin icrası avqustda başladılan Ukraynaya hərbi yardım proqramı olacağını deyib.
    "PURL" adlanan proqram Amerika Birləşmiş Ştatlarının Ukraynaya yenidən ölümcül silahlar verməsini nəzərdə tutur və silahlara görə ödənişi müttəfiqlər edəcək.

    “Artıq 2 milyard dollarlıq vəsait toplanıb. Hesab edirəm ki, bu gün çox sayda digər ölkələr də proqrama qoşulacaqlar. Avropa İttifaqı və NATO birgə çalışırlar. Rusiya bu birliyi bölmək istəyir. Lakin bacarmır” – deyə Rutte vurğulayıb.
    Müşahidəçilər iyul və avqust aylarında ilin birinci yarısı ilə müqayisədə Ukraynaya hərbi yardımın 43 faiz azaldığını bildiriblər.
    Sammitdə iştirak edəcək Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Piq Heqset NATO-dan artıq dağıdıcı gücünü göstərməsini gözlədiklərini bildirib.

    “Bir neçə ay əvvəl prezident Donald Trampın rəhbərliy ilə tarixi bir sammit keçirildi. O bildirdi ki, müttəfiqlər artıq irəli doğru addım atmadılar. Və hər kəs addım atdı və atır. İndi isə həmin atılan addımlar müəyyən qabiliyyətlərə çevriləcək. Trampın liderliyi altında sülhün güc yolu ilə tətbiq edildiyini gördük. Sülhü güclü olanda əldə etmək olar” – deyə Heqset əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR