İraqda parlament üzvlüyünə namizəd sui-qəsd nəticəsində öldürülüb.
Deputatlığa namizəd Səfa əl-Məşhədanini və onun cangüdənlərini daşıyan avtomobilin alt hissəsinə bomba quraşdırılıb.
Məşhədani hadisə yerində ölüb, onun üç cangüdəni isə ağır yaralanıb.
Hadisə paytaxt Bağdadda baş verib.
Qeyd edək ki, İraqda parlament seçkiləri noyabrın 11-ə planlaşdırılıb.
Bu, 2003-cü ildə ABŞ-ın İraqa daxil olmasından bəri altıncı parlament seçkiləri olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.