Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Suriya Prezidenti Əhməd əl-Şaraa arasında görüş başlayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, görüş Kreml sarayında keçirilir.
Görüşün protokol hissəsində dövlət başçıları çıxış ediblər.
Putin bildirib ki, Rusiya Suriya ilə münasibətlərində həmişə Suriya xalqının maraqlarını rəhbər tutub.
"80 ildən artıqdır diplomatik əlaqələrimiz var. Bu müddət ərzində Suriya ilə Rusiya arasında münasibətlər həmişə müstəsna dostluq münasibətilə olub. Bizim heç vaxt Suriya ilə siyasi konyuktura və ya xüsusi maraqlarımızla bağlı heç bir münasibətimiz olmayıb. Suriya çətin günlərdən keçir, lakin son parlament seçkiləri bütün siyasi qüvvələr arasında əməkdaşlığı gücləndirəcək", = Rusiya prezidenti vurğulayıb.
Əhməd əl-Şaraa qəbula görə Putinə təşəkkür edib. O qeyd edib ki, Rusiya və Suriyanı tarixi əlaqələr bağlayır.
Əl-Şaraa Suriyanın yeni hakimiyyətinin Rusiya ilə münasibətləri bərpa etmək niyyətində olduğunu da qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.