Gürcüstan Konstitusiya Məhkəməsinin hakiminin səlahiyyətlərinə xitam veriləcək
Gürcüstan Konstitusiya Məhkəməsinin hakimi İrine İmerlişvili vəzifəsini öz ərizəsi əsasında vaxtından əvvəl tərk edəcək.
Bu barədə məlumatı Gürcüstan Konstitusiya Məhkəməsi yayıb.
Bildirilib ki, İmerlişvilinin hakim səlahiyyətlərinə 20 oktyabr 2025-ci il tarixindən etibarən xitam veriləcək.
"Gürcüstan Konstitusiya Məhkəməsinin hakimi İrine İmerlişvilinin səlahiyyətlərinə öz ərizəsi əsasında vaxtından əvvəl xitam verilib", – deyə məhkəmənin rəsmi bəyanatında qeyd olunub.