AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Zelenski ilə Budapeştdə Putinlə mümkün görüşü müzakirə edəcək

  • + A
  • - A
  • Dünən, 21:44

    Tramp Zelenski ilə Budapeştdə Putinlə mümkün görüşü müzakirə edəcək

    ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə cümə axşamı telefon danışığı zamanı əldə olunmuş ilkin razılıqdan sonra Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşü müzakirə etmək niyyətindədir.

    Bu barədə jurnalistlərə ABŞ Prezidentinin mətbuat katibi Kerolayn Levitt bildirib.

    "Amerika lideri və Putin Budapeştdə görüşü müzakirə ediblər. Prezident Tramp Zelenski ilə də bu ehtimalı müzakirə edəcək, o burada, Ağ Evdə olanda", - Levitt bildirib.

    Xatırladaq ki, Volodimir Zelenski və Donald Tramp bu gün Ağ Evdə görüşəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR