Almaniya dronlarla mübarizə üçün federal polis qüvvəsi yaradacaq
Almaniyada drondan müdafiə məqsədilə federal polis qüvvələri yaradılacaq.
Bunu Almaniya kansleri Fridrix Mers deyib.
“Almaniyada insanlar daha özlərini təhlükəsizlikdə hiss etmirlər. Onlar narahatdırlar. Xalq Ukraynada eskalasiyadan və ölkəmizə qarşı hibrid hücumlardan qorxur. Bu hibrid hücumların sayı və intensivliyi son həftələrdə diqqət olunacaq qədər artıb. Bunlara kiberhücumlar, propoqanda, dezinformasiya, sabotaj, casusluq və həssas infrastruktura hücumlar var”, - Merts bildirib.
Qeyd edək ki, Britaniya ordusunda da dronlar əleyhinə müdafiənin gücləndirilməsi üçün islahatlar planlaşdırılır.