HAMAS israilli girovlardan daha birinin meyitini bu axşam təhvil verəcək
Bu axşam Qəzzadan əsirlikdə həlak olmuş daha bir girovun meyitinin təhvil verilməsi gözlənilir.
Bu barədə İsrail mediası məlumat yayıb.
Atəşkəs rejiminin bərpasından sonra İsrail girovların cəsədlərinin qaytarılması prosesinin davamını gözləyir.
İsrail tərəfinin məlumatlara əsasən, Qəzzada hələ də 16 meyiti qalır.
HAMAS isə qalıqları tapmaqda çətinliklərlə üzləşdiyini bildirir.