ABŞ ADMİNİSTRASİYASI NETANYAHUYA TƏZYİQ GÖSTƏRİR
ABŞ administrasiyasında İsrailin baş naziri Benyamin Netanyahunun atəşkəs razılaşmasından imtina edə biləcəyi ilə bağlı ciddi narahatlıq yaranıb.
Narahatlıq, bazar günü HƏMAS tərəfindən İsrail əsgərlərinə qarşı həyata keçirilən hücumdan sonra daha da artıb. İsrail ordusu hadisəni “atəşkəs razılaşmasının açıq şəkildə pozulması” kimi qiymətləndirib.
ABŞ Prezidenti Donald Tramp isə hücumun HƏMAS rəhbərliyinin əmri ilə deyil, “nəzarətsiz elementlər” tərəfindən törədildiyini bildirib. Lakin o, razılaşmanı pozacağı təqdirdə HƏMAS-ın “tamamilə məhv ediləcəyini” bəyan edib.
Eyni zamanda, HƏMAS nümayəndələri təşkilatın Qəzzada təhlükəsizlik nəzarətini qoruyacağını və tam silahsızlanmaya razı olmadığını açıqlayıblar.
ABŞ Maliyyə naziri Skott Bessent də İsrailin maliyyə naziri Bəzalel Smotriçlə danışıqlar apararaq, Trampın 20 bəndlik Qəzza planını qəbul etməyə çağırıb. O, girovların azad olunmasını “tarixi dönüş” adlandırıb və Abraham sazişlərinin genişlənmə potensialını vurğulayıb.
İsrail İSƏ15 fələstinli məhbusun meyitini təhvil verib. bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla yanaşı, ABŞ Vitse-prezidenti J.D. Vance ilk dəfə vəzifəyə gəldikdən sonra İsrailə səfər edir və dayanacaqlar arasında atəşkəsin tətbiqini izləmək üçün yaradılan Amerikanın komanda mərkəzini ziyarət edəcək.