AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tiflisdə 20-yə yaxın etirazçı saxlanılıb

  • + A
  • - A
  • Dünən, 22:35

    Tiflisdə 20-yə yaxın etirazçı saxlanılıb

    Gürcüstanın paytaxtı Tiglisdə 20-yə yaxın etirazçı qanun çərçivəsində saxlanılıb.

    Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    "Patrul polisinin qanunsuz hərəkətlərin yolverilməzliyi ilə bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, etirazçılar Rustaveli prospektində yolun hərəkət hissəsini qanuni əsas olmadan bağlayıblar", - məlumatda deyilir.

    Bundan başqa, patrul maşınına minən gənc qadın avtoxuliqanlıq ittihamı ilə polis tərəfindən saxlanılıb.

    Nazirlik bir daha etirazçıları yolu qanunsuz bağlamamağa və cinayət əməllərinə yol verməməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR