KİV: Hindistan Rusiya ilə neft ticarətinə dair sənədləri yenidən nəzərdən keçirir
Hindistanın dövlətə məxsus neft emalı şirkətləri Rusiya ilə neft ticarətinə dair sənədləri yenidən yoxlayır.
Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, bu addım ABŞ-ın “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı tətbiq edilən sanksiyalardan sonra Rusiya şirkətlərindən birbaşa yanacaq tədarükünün həyata keçirilmədiyinə əmin olmaq məqsədilə atılır.