AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp: Kanada ilə ticarət danışıqları bitib

  • + A
  • - A
  • Bu gün, 09:01

    Tramp: Kanada ilə ticarət danışıqları bitib

    ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ottava ilə ticarət danışıqlarına son qoyduğunu elan edib, çünki Kanadanın Ontario əyalətinin hökuməti ABŞ-də tarifləri tənqid edən reklamın pulunu ödəyib.

    O, bununla bağlı "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

    "Ronald Reyqan Fondu (ABŞ-nin 40-cı prezidenti) yenicə Kanadanın Ronald Reyqanın tariflər haqqında tənqidi danışdığını əks etdirən saxta reklamlardan fırıldaqçılıqla istifadə etdiyini açıqlayıb. Reklamlar 75 milyon dollara başa gəlib. Onlar bunu yalnız ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarına təsir göstərmək üçün ediblər", - ABŞ lideri yazıb.

    "Tariflər ABŞ-nin milli təhlükəsizliyi və iqtisadiyyatı üçün vacibdir. Bu zərərli hərəkətlər səbəbindən Kanada ilə bütün ticarət danışıqları artıq dayandırılıb", - o əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR