ABŞ Prezidenti Donald Tramp çox güman ki, Ağ Evin yeni bal zalına öz adını verəcək.
Bu haqda ABC məlumat yayıb.
Yeni bal zalının Ağ Evin Şərq qanadının yerində tikilməsi planlaşdırılır. Rəsmilər artıq layihəni “Prezident Donald Tramp bal salonu” adlandırırlar və bu adın çox güman ki, qalacağına inanırlar.
Zalın tikintisinin təxminən 300 milyon dollara başa gələcəyi təxmin edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.