KİV: ABŞ Maduronun pilotunu ələ almağa çalışıb

ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsindəki pilotlardan birini ələ almağa çalışıb.
Bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin aprelində ABŞ hakimiyyəti Dominikan Respublikasındakı bir informatordan məlumat alıb və məlumatı sonradan kəşfiyyat orqanları Maduronun pilotlarından birinə çatdırıb. Həmin şəxsə təyyarəni ABŞ hakimiyyətinin onu saxlaya biləcəyi yerə aparmaq təklif edilib.
Xüsusən pilota Venesuela liderini daşıyan təyyarəni Puerto-Rikoda, Dominikan Respublikasında və ya Kubada, Quantanamo körfəzindəki ABŞ bazasında eniş etdirmək imkanı təklif edilib. Məlumata görə, bunun müqabilində ABŞ rəsmiləri pilotu olduqca varlı edəcəklərini və milyonlarla həmvətəni tərəfindən sevilən insana çevirəcəklərini söz veriblər.
Qeyd olunur ki, pilot ABŞ hökumət agenti ilə dəfələrlə messencerlə əlaqə saxlayıb. ABŞ onu əməkdaşlığa razı salmaq üçün son cəhdini sentyabr ayında edib, sonra onun yazdığı nömrəni bloklayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.