AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Simonyan: Ermənistanla Azərbaycan arasında nəzərəçarpacaq irəliləyiş qeydə alınıb

  • + A
  • - A
  • Bu gün, 15:58

    Simonyan: Ermənistanla Azərbaycan arasında nəzərəçarpacaq irəliləyiş qeydə alınıb

    Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasında nəzərəçarpacaq irəliləyiş qeydə alınıb. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanda keçirilən Avronest Parlament Assambleyasının 12-ci plenar iclasında bildirib.

    Onun sözlərinə görə, bunu Ermənistan və Azərbaycan liderlərinin 8 avqust 2025-ci il tarixində Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə imzaladıqları birgə bəyannamə sübut edir: “Elə həmin gün iki ölkənin xarici işlər nazirləri də sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətnini parafladılar. Bəyannamənin qəbul edilməsi və sülh sazişinin paraflanması göstərir ki, sülh artıq qurulub”.

    Simonyan vurğulayıb ki, Vaşinqtondakı görüşün yekunlarına əsasən, Ermənistan "Tramp marşrutu” təşəbbüsünün həyata keçirilməsində ABŞ və razılaşdırılmış üçüncü tərəflərlə əməkdaşlığı davam etdirəcək.(APA)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR