AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyanın 6 hava limanında uçuşlar dayandırılıb

  • + A
  • - A
  • Bu gün, 08:27

    Rusiyanın 6 hava limanında uçuşlar dayandırılıb

    Rusiyada paytaxt Moskva şəhərinin Vnukovo və Domodedovo hava limanlarında, həmçinin Volqoqrad, Kaluqa, Saratov və Yaroslavl hava limanlarında təyyarələrin hərəkətinə məhdudiyyətlər qoyulub. Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako özünün yelegram kanalında məlumat verib.

    Onun sözlərinə görə, məhdudiyyətlər Vnukovoda saat 3:05-də (Bakı vaxtı ilə 4:05), Domodedovoda isə saat 3:22-də elan edilib.

    Oxşar tədbirlər saat 2:58-də Rusiya Federasiyasının regional hava limanlarında da tətbiq edilib. Məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğu bildirilib.

    Bundan əvvəl Moskva meri Sergey Sobyanin Rusiya paytaxtına doğru uçan ümumilikdə dörd pilotsuz təyyarənin məhv edildiyini açıqlamışdı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR