AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KİV: Trampın nüvə sınaqları ilə bağlı açıqlaması Putinə ünvanlanıb

  • + A
  • - A
  • Bu gün, 10:00

    KİV: Trampın nüvə sınaqları ilə bağlı açıqlaması Putinə ünvanlanıb

    ABŞ Prezidenti Donald Trampın dərhal nüvə sınaqlarına başlamaq bəyanatı Rusiya Prezidenti Vladimir Putinin diqqətini cəlb etmək cəhdidir.

    Finlandiyanın "Helsingin Sanomat" qəzetindəki məqalədə belə bir fikir səsləndirilib.

    "Müasir dövrün adamı olan Trampın mesajının ilk növbədə Rusiyaya ünvanlandığını güman etmək olar. Çərşənbə günü Rusiya Prezidenti Vladimir Putin ölkəsinin nüvə mühərrikli "Poseydon" sualtı torpedasını uğurla sınaqdan keçirdiyini açıqladı", - məqalədə qeyd olunub.

    Müəllifin fikrincə, Trampın nüvə sınaqları keçirmək niyyəti ciddi problemlərə səbəb ola bilər.

    "Əgər Tramp öz sözlərinə sadiq qalarsa və həqiqətən, nüvə silahının sınaqlarını nəzərdə tutursa (məsələn, raket sistemlərini yox), bu halda, tarixi miqyaslı bir problemdən danışırıq", - qəzet vurğulayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR