Bu gün Qazaxıstanın Semey və Aktobe şəhərlərində antiterror təlimləri keçiriləcək.
Bu barədə "Gurk.kz" saytı Qazaxıstanın Antiterror Mərkəzinə istinadən məlumat yayıb.
Məlumata görə, təlimlərdə özəl sektorda və terrorla bağlı həssas obyektlərdə müxtəlif ssenarilərə uyğun sürətli reaksiyavermə məsələləri məşq ediləcək.
Bu məqsədlə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması da daxil olmaqla, müəyyən tədbirlər nəzərdə tutulub.
 
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.