Mixail Qorbaçov xəstəxanalıq oldu
Mixail Qorbaçov xəstəxanaya aparılıb.
TASS bu barədə SSRİ-nin ilk prezidenti haqqında çəkilmiş filmin həmrejissoru Andre Singerə istinadən xəbər yayıb.
O, bildirib ki, Qorbaçov 41-ci Moskva Beynəlxalq Film Festivalı çərçivəsində nümayiş olunacaq "Tanış olun, Qorbaçov" sənədli filminin premyerasına getmək istəsə də, həkimlər ona xəstəxanadan çıxmağı qadağan ediblər. Singer 88 yaşlı siyasətçinin hansı səbədən xəstəxanaya aparıldığını bildirməyib. O, sadəcə qeyd edib ki, Qorbaçov özünü yaxşı hiss etmir.
Qorbaçov Fondunun nümayəndəsi isə bu məlumatı təkzib edib. O, bu gün Qorbaçovla iki saat birlikdə olduqlarını və siyasətçinin filmin premyerasında iştirak etməyi düşünmədiyini bildirib.