AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Arzu Əliyeva “Miras” filminin təqdimatında — FOTOLAR

  • + A
  • - A
  • 22-12-2018, 13:54

    Arzu Əliyeva “Miras” filminin təqdimatında — FOTOLAR














    Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsal etdiyi “Miras” bədii-sənədli filminin təqdimat mərasimi olub.
    Mərasimdə Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyeva, dövlət rəsmiləri, mədəniyyət xadimləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. “Nobel-oil” şirkətinin sponsorluğu ilə hazırlanmış film Nobel qardaşlarının Azərbaycanın neft sənayesindəki fəaliyyətinə həsr olunub. Filmin məqsədi Nobel qardaşlarının Azərbaycanda gördüyü işlərin həm regionda, həm də dünya miqyasında əhəmiyyətini və tarixi rolunu vurğulamaq, eləcə də Bakıda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir.

    Ekran əsərində Nobellərin böyük nailiyyətləri - dünyada ilk neftdoldurma tankeri və neft məhsullarının saxlanılması üçün dəmir çənlərin yaradılması, Avropada ilk neft boru kəmərinin məhz Bakıda istifadəyə verilməsi və şirkətin neft sənayesində tətbiq etdiyi bir sıra digər yeniliklərdən bəhs olunur. Eyni zamanda, filmdə neft sənayesinin inkişafı ilə “qara qızıl”ın geostrateji xammal kimi əhəmiyyətinin artması, eləcə də Azərbaycanın regionda geosiyasi önəm qazanması və bir neçə qitənin nəhəng şirkətlərinin Bakı nefti uğrunda gərgin mübarizəsindən də danışılır.

    Film üzərində bir ilə yaxın iş aparılıb. Çəkilişlər Bakı və onun ətraf kəndləri, Şəki, İsmayıllı şəhərləri və Belarus Respublikası da daxil olmaqla 30 məkanda həyata keçirilib. Filmdə 100-dən artıq pəşəkar aktyor çəkilib. Kütləvi səhnələrin çəkilişlərində isə 1500-ə yaxın insan iştirak edib. Ümumilikdə film üzərində iki minə yaxın adamın zəhməti var.
    “Miras” bədii-sənədli filminin prodüseri Orman Əliyev, ssenari müəllifi və quruluşçu rejissoru Zaur Qasımlı, quruluşcu operatoru Vladimir Artemyev, quruluşcu rəssamı isə Şahin Həsənlidir. Filmin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, Rusiya, Belarus və Gürcüstandan dəvət olunmuş kinomotoqrafçılar iştirak edib. Mərasimdə, həmçinin Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənovun “NOBELLƏR neft, milyonçular və qoçular şəhərində” adlı kitabı da təqdim olunub.

    Bakı, Moskva və Sankt Peterburq arxivlərində saxlanan sənədlər, o dövrün mətbuat materialları əsasında yazılab kitab Nobel qardaşlarının Bakıdakı fəaliyyətindən bəhs edir. Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları ilə Nobel qardaşları şirkətinin əməkdaşlığı, şirkətin loqotipi kimi Atəşgah simvolunun seçilməsi səbəbləri, Nobellərin Bakının məşhur neft sənayeçiləri və hətta Bakı qoçuları ilə əlaqələri və s. kimi maraqlı məqamlardan söhbət açılır.

    Bundan başqa, kitabda dünyaca məşhur Nobel mükafatı fondunun formalaşmasında Bakı neftinin payı xüsusi qabardılır. Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Bir günəş altında”, “Son iclas” və digər sənədli filmlər yer alır.

    Arzu Əliyeva “Miras” filminin təqdimatında — FOTOLARArzu Əliyeva “Miras” filminin təqdimatında — FOTOLARArzu Əliyeva “Miras” filminin təqdimatında — FOTOLARArzu Əliyeva “Miras” filminin təqdimatında — FOTOLAR


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR