Ukrayna prezidenti Vladimir Zelenskinin Ali Radanın səlahiyyyətlərinə erkən xitam verilməsini və növbədənkənar parlament seçkilərinin 21 iyul 2019-cu ildə keçirilməsini nəzərdə tutan fərmanı qüvvəyə minib.
“Qafqazinfo” xəbər verir ki, fərman Nazirlər Kabinetinin “Hökumət kuryeri” qəzetində dərc olunub. Bu isə sənədin qüvvəyə minməsi deməkdir.
Zelenski həmçinin, Nazirlər Kabinetinə növbədənkənar parlament seçkilərinin maliyyə təminatı ilə bağlı tapşırıq verib.
Qeyd edək ki, Vladimir Zelenski 20 maydan etibarən Ukraynaya rəhbərlik etməyə başlayıb. O, inauqurasiya mərasimində Ali Radanı buraxdığını açıqlayıb. Yeni prezident bu qərarı verməsinə əsas arqument kimi Ukrayna vətəndaşlarının Ali Radaya az etibar etməsini, hüquqi əsas kimi 2016-cı ildən koalisiyanın mövcud olmamağını göstərib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.