“Düşmənlərimiz bilməlidir ki, İran ordusu düşmənlərinin, xüsusilə, ABŞ hökumətinin hiylələrini və macəraçı davranışlarını izləyir. ABŞ-ın xain təhdidlərinə qarşı çıxmağın yaratdığı yeni şərtlər bütün iranlıları ayıq-sayıq olmağa təşviq edir”.
Publika.az xəbər verir ki, bunu İran İslam Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Məhəmməd Baqiri deyib.
İRNA-nın xəbərinə görə, Baqiri “Müqavimət və Zəfər Günü” bayramı və Hürrəmşəhr şəhərinin azadlığı ildönümü münasibətilə mesaj yayımlayıb.
Baş qərargah rəisi 8 il davam edən İran-İraq müharibəsi zamanı İraq qüvvələri tərəfindən 19 ay işğal altında saxlanan Hürrəmşəhr şəhərinin 24 may 1982-ci ildə azad edilməsini İrannın Milli müqavimət və zəfər günü olduğunu qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.