AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyənin cənubunda dönərdən zəhərlənənlərin sayı 34-ə çatıb

  • + A
  • - A
  • Bu gün, 15:28

    Türkiyənin cənubunda dönərdən zəhərlənənlərin sayı 34-ə çatıb


    Türkiyənin cənubunda yerləşən Hatay vilayətində dönər yedikdən sonra 34 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib. Onlardan səkkizi xəstəxanaya yerləşdirilib.

    Bu barədə çərşənbə günü NTV telekanalı məlumat yayıb.

    Telekanalın məlumatına görə, hadisədən sonra Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı üzrə Rayon İdarəsinin əməkdaşları dönər satılan müəssisədəki məhsullardan nümunələr götürüblər.

    Məlumata əsasən, həmin iaşə obyektində yemək yeyən 34 nəfər səhhətində yaranan problemlərlə bağlı tibbi yardım üçün xəstəxanaya müraciət edib. Son məlumatlara görə, onlardan səkkizi stasionar müalicəyə cəlb olunub.

    Hadisə ilə bağlı araşdırma aparılanadək bələdiyyə orqanları müəssisənin fəaliyyətini dayandıraraq obyekti möhürləyiblər.

    Hazırda götürülmüş nümunələrin laborator müayinələrinin nəticələri gözlənilir. Tibbi yardım üçün müraciət edən bütün şəxslər müalicələrini başa vurduqdan sonra xəstəxanadan evə buraxılıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR