Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
ONA-nın Türkiyə bürosunun məlumatına görə, hər iki ölkə prezidenti öz aralarında ABŞ, Türkiyə, eləcə də regional məsələlər barəsində fikir mübadiləsi aparıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin milli təhlükəsiziyi üçün Rusiyadan alınan “S-400” havadan müdafiə sistemi mövzusu ilə bağlı ortaq işçi qrupunun yaradılması təklifini yenidən irəli sürüb.
Söhbətdə polad sektoruna tətbiq olunan əlavə verginin aradan qaldırılmasına dair razılıq ifadə olunub, bu qərarın 75 milyard dollarlıq qarşılıqlı ticarət əlaqəsinə fayda verəcəyi bildirilib.
Qeyd edək ki, iki lider Yaponiyada keçirilən “G-20” zirvə toplantısında görüşəcəkləri barədə razılıq əldə etmişlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.