AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əli Xamenei: Ölkənin müdafiə gücü müzakirə predmeti ola bilməz

  • + A
  • - A
  • 30-05-2019, 09:49

    Əli Xamenei: Ölkənin müdafiə gücü müzakirə predmeti ola bilməz



    “Bu il beynəlxalq Qüds günü digər illərlə müqayisədə daha önəmlidir. Çünki ABŞ və onun əlaltıları “Yüz ilin anlaşması” planını icra etməyə çalışmaqla dünyada Fələstin məsələsini unutdurmağa çalışırlar və əlbətdə məğlub olacaqlar”.

    ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün İran universitetlərinin elmi heyət üzvləri, müəllimlər və tələbələri ilə görüşü zamanı çıxışında deyib: “Fələstini müdafiə etmək İslama xas bir məsələ deyil. Bəlkə vicdan və humanitar bir məsələdir. Əlbətdə müsəlmanlar üçün şəriət və dini baxımdan önəmlidir”.

    Xamenei əcnəbi KİV-lərin ABŞ-la müzakirə mövzusunu şişirtməsindən danışıb və bildirib ki, onlar İran müzakirə masasına oturmalıdır dedikdə, ABŞ-la müzakirəni deyirlər: “Bizim digər ölkələrlə heç bir problemimiz yoxdur. Avropa ölkələri və başqaları ilə müzakirələr edirik. Əsas məsələ də müzakirə predmetini müəyyənləşdirməkdir. Bİz hər bir mövzu haqqında müzakirə etmirik. İran İnqilabı üçün əsas namus məsələsi olan mövzular, o cümlədən ölkənin müdafiə gücü müzakirə predmeti ola bilməz”.

    O bildirib ki, bu məsələlər haqda müzakirə iki kəlmədə cəmlənmişdir. Onlar deyirlər, biz bunu istəyirik, biz də deyirik yox”.

    Sözügedən mövzu ətrafında İslam Respublikasının ABŞ-la heç vaxt müzakirə etməyəcəyini deyən Ayətullah Xamenei əlavə edib ki, necə ki, öncədən də demişdim, ABŞ-la müzakirə etməməyin səbəbi budur: “Birincisi, heç bir faydası yoxdur, ikincisi, ziyanlıdır”.

    “ABŞ-ın öz məqsədlərinə çatmaq üçün bir strategiyası var və bir də taktikası. Onların strategiyası qarşı tərəfi yormaq məqsədilə “təzyiq” etməkdir. Sonra isə “müzakirə” dən təzyiqi təkmilləşdirmək və öz məqsədlərinə çatmaq üçün isitfadə etməkdir”. – deyən Ayətullah sözünə davam edib: “Bu, əslində müzakirə deyil. Bəlkə təzyiqlərin “məhsul”unu toplamaq üçün bir vasitədir. Əgər ABŞ-ın taktikasının qarşısında təzyiq vasitələrindən düzgün istifadə edilərsə, onların təzyiqləri ya azalacaq, ya da durdurulacaq. Əgər ABŞ-ın “müzakirəyə dəvətinə” aldanıb, onların təzyiqləri qarşısında təzyiq vasitələrindən istifadə olunmazsa, sürüşmək və uduzmaq qətidir”.

    İran İslam Respublikasının ABŞ-ın təzyiqləri qarşısında lazimi təzyiq vasitələrinə sahib olduğunu açıqlayan İranın Ali Rhbəri bildirib ki, bu vasitələr onların təbliğ etdiklərinin əksi olaraq hərbi vasitələr deyil, əlbətdə, bir zaman lazım gələrsə, həmin vasitələrdə mövcuddur: “İslam Respublikasının təzyiq vasitələrindən nümunə kimi ölkənin Milli Təhlükəsizlik Ali Şurasının nüvə prorqramına dair bəzi öhdəliklərin azaldılması bəyanatını göstərmək olar. Milli Təhlükəsizlik Ali Şurasının son qərarı doğru qərar idi. Çünki əgər təzyiq vasitəsindən vaxtında istifadə olunmazsa, qarşı tərəf zərər və ziyan görməyəcəyini düşünərək mövzunu tələsmədən davam etdirəcək. Lakin əgər təzyiq vasitəsindən doğru istifadə olunarsa, düşünəcək ki, nəsə bir addım atsın”.

    Ayətullah Xamenei deyib ki, nüvə sahəsində yüksək elmi gücə sahib olmağımıza baxmayaraq, heç vaxt nüvə silahı ardınca getməyiblər: “Fiqhi, dini və şəriət baxımından kütləvi qırğın silahlarını – nüvə və ya kimyəvi silahlar olsun, – haram bilirik. Biz kütləvi qırğın silahların istehsalını anbarda saxlamaq üçün belə səhv, qeyri-məntiqi və ağılsızlıq hesab edirik. Ölkəyə çoxlu xərc yaradır və heç bir istifadəsi də yoxdur. Ona görə, əsasən kütləvi silahların istehsalına qarşıyıq, lakin uranın zənginləşdirilməsinə ehtiyacımız var. Çünki ölkənin gələcəyi buna möhtacdır. Əgər bu gün gücümüzü artırmasaq, 10 ildən sonra sıfırdan başlamalıyıq”.

    İran lideri çıxışının sonunda sevindirici hal kimi vurğulayıb ki, bu gün ölkənin bütün məsul şəxsləri ABŞ-la müzakirə etməməkdə eyni düşüncədədirlər: “ABŞ-la müzakirə heç bir vəchlə tövsiyə olunmur. ABŞ-ın öncəki hökuməti indiki hökumətlə hərəkətlərində fərqli olsa da, mahiyyətdə heç bir fərqi yoxdur. Əlbətdə zahiri fərqli idi, daxili isə eyni. İslam Respubliaksı ABŞ-ın müzakirə sahəsindəki taktikalarına aldanmayacaq. Hələlik Milli Təhlükəsizlik Ali Şurasının son qərarı ilə təzyiq vasitəsi kimi istifadə etmişik, lakin bununla da işi bitmiş hesab etməyəcəyik. Sonrakı mərhələdə, əgər lazım gələrsə, digər təzyiq vasitələrimizdən istifadə edəcəyik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR