Tacikistanın şimalında yerləşən həbsxanaların birindən Düşənbəyə köçürülən 13 məhkum ölüb.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onların ölümünə səbəb çörəkdən zəhərlənmələri olub. Bu barədə ölkənin Ədliyyə Nazirliyinin Cinayət Cəza Məhkəmələrinin Baş İdarəsinin Mətbuat Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, 120-si kişi, 8-i qadın olmaqla ümumilikdə 128 məhkum köçürülüb. İddiaya görə, yolda fasilə zamanı 16 məhkum özləri ilə götürdükləri çörəkləri yeyiblər. Yarım saat sonra onların halı pisləşib, 3 nəfər hadisə yerindəcə dünyasını dəyişib.
Sağ qalanların vəziyyəti isə ağır qiymətləndirilir.
Faktla bağlı Tacikistan Baş Prokurorluğunda cinayət işi açılıb, məhkəmə ekspertizası təyin edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.