İranın cənubunda yerləşən Hormozqan əyalətinə bağlı Konq şəhərində 4,9 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, yeraltı təkanlar Tehran vaxtilə saat 03:29-da qeydə alınıb.
Zəlzələnin ocağı yerin 13 km dərinliyində yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.